Minifutbol çempionatı: Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq

10:17 - 14 May 2024

Bu gün minifutbol üzrə Azərbaycan çempionatında mükafatçılar dəqiqləşəcək. 

Sportal.az xəbər verir ki, ilk olaraq meydana üçüncü yer uğrunda yarışacaq "Real Bakı" və "Odlar Yurdu" komandaları çıxacaq. 

Həmin oyuna 19:30-da start veriləcək. 

Mövsümün qalibi isə "Aznur" və "Birbaşa Bakı" komandaları arasında keçiriləcək görüşdən sonra aydınlıq gələcək.

Həmin oyun isə 21:00-da baş tutacaq.

Hər iki qarşılaşma Bakı Tennis Akademiyasında keçiriləcək.

Xəbər xətti