"Sumqayıt" Portuqaliya klubundan ayrılan futbolçunu heyətinə qatdı

12:46 - 8 Sentyabr 2020

“Sumqayıt” növbəti futbolçunun keçidini reallaşdırıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son mövsümü Portuqaliyanın “Uniao Leyria” klubunda keçirmiş Hüseyn Cəfərovu heyətinə qatıb.

 

3 illik müqavilə imzalayan 19 yaşlı gənc yarımmüdafiəçi komandada 15 nömrəli formada çıxış edəcək.

Xəbər xətti