Messinin cəzası ləğv olundu

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) Argentina millisinin hücumçusu Lionel Messinin cəzasını ləğv edib.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı hücumçu 2019-cu ildə Kopa Amerikanın 3-cü yer uğrunda Argentina və Çili arasında keçirilən oyununda (2:1) rəqib futbolçu Qari Medellə mübahisə etdiyi üçün qırmızı vərəqə alıb.

CONMEBOL Argentina Futbol Federasiyasının müraciətinə əsasən, diskvalifikasiya müddətinin başa çatdığını və futbolçunun növbəti matçlarda iştirak edə biləcəyini bildirib.

 

Messi oktyabrın 8-i Ekvador, 5 gün sonra isə Boliviya ilə matçda iştirak edə bilər.

Tarix: 12 Sentyabr [13:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30 Oktyabr 2020
29  Oktyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio