"Səviyyə öz sözünü dedi" - Emin Mahmudov

"Neftçi”nin kapitanı Emin Mahmudov Avropa Liqasının II təsnifat mərhələsində "Qalatasaray”a uduzduqları oyundan (1:3) sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi məğlubiyyəti şərh edib:


"Layiqincə mübarizə aparmağa çalışdıq. Amma "Qalatasaray” şanslarından maksimum yararlandı. Rəqibin heyətində kifayət qədər səviyyəli futbolçu var. Biz hesabı bərabərləşdirəndən dərhal sonra qapımızdan qol buraxdıq. Buna görə də ikinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Çalışdıq kompakt oynayıb, rəqibə boş zona verməyək. Çünki boşluqdan çox yaxşı istifadə etməyi bacarır. Maksimum çalışsaq da, səviyyə öz sözünü dedi”.

Tarix: 18 Sentyabr [00:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29  Oktyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio