"Sumqayıt" yeni transferini açıqladı

14:55 - 18 Sentyabr 2020

“Sumqayıt” növbəti futbolçunun keçidini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, 2017/18 mövsümündə "gənclik şəhəri" təmsilçisində çıxış etmiş Cavid İmamverdiyevlə 1+1 illik müqavilə imzalanıb. İmamverdiyev komandada 22 nömrəli formada çıxış edəcək.

 

30 yaşlı futbolçu “Keşlə”, “Sabah”, “Neftçi”, “Karvan” və “Elazığspor” klublarında çıxış edib.

Xəbər xətti