"Liverpul"un keçmiş futbolçusu "Derbi"də

18:15 - 21 Sentyabr 2020

İngiltərənin "Bornmut" klubundan ayrılan Cordon Aybın yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı vinger karyerasını Çempionşipin digər təmsilçisi "Derbi"də davam etdirəcək. Onunla imzalanan müqavilənin şərtləri açıqlanmayıb.

 

"Bornmut" Nigeriya əsilli ingilis futbolçunu 2016-cı ildə "Liverpul"dan 18 milyon avroya transfer etmişdi.

Xəbər xətti