"Qarabağ" "Kyevo"nun hücumçusuna təklif göndərdi

“Qarabağ” hücumçu axtarışını davam etdirir.

 

Sportal.az “Lanazione"yə istinadla xəbər verir ki, Ağdam təmsilçisi İtaliya B Seriyasında çıxış edən "Kyevo"nun hücumçu Manuel Puççiarellini transfer hədəfinə alıb.

 

29 yaşlı hücumçunun klubu ilə 1 illik müqaviləsi qalıb. Ona son təklif “Qarabağ”dan gəlib və tərəflər arasında danışıqlar davam edir.

 

"Kyevo" Puççiarellini 2019-cu ilin yayında "Empoli"dən 3,75 milyon avroya transfer edib. O, ötən mövsümün ikinci yarısını icarə əsasında "Peskara"da keçirib. Təcrübəli hücumçu A Seriyasında keçirdiyi 135 oyunda 16 qol vurub, 7 məhsuldar ötürmə edib. B Seriyasında 77 matç keçirən forvard 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Tarix: 21 Sentyabr [13:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 Oktyabr 2020
25  Oktyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio