Rakitiç milli karyerasını bitirdi

“Sevilya”nın futbolçusu İvan Rakitiç Xorvatiya millisindəki karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, bu barədə federasiya məlumat yayıb.

 

Rakitiç 2007-ci ildən dəvət olunduğu Xorvatiya yığmasının heyətində 106 matça çıxıb və 15 qol vurub. 32 yaşlı yarımmüdafiəçi milli komanda ilə 2018-ci il dünya çempionatının gümüş mükafatçısı olub.

Tarix: 22 Sentyabr [12:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio