Nəriman Abbasov titulunu qorudu

Moskvada keçirilən "Fight Nights 98" yarışında Azərbaycan və "Qəbələ" İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov Rusiyanı təmsil edən Mixail Qoqitidze ilə qarşılaşıb.

 

Sportal.az xəbər verir ki, Abbasov rəqibi üzərində qələbə qazanaraq yüngül çəkidə çempionluq titulunu qoruyub.

 

26 yaşlı idmançı birinci raundda üstünlük qazanıb və döyüşün sonunda rəqibini nokdauna göndərməyə yaxın olub. Lakin döyüşün taleyi ikinci raundda bəlli olub. Abbasov boğma fəndindən istifadə edərək, rəqibi üzərində ikinci qələbəsini qazanıb. Bununla da o, yüngül çəki dərəcəsində çempion kəmərini qoruyub.

 

Beləliklə, Nəriman Abbasov peşəkar karyerasında 25-ci döyüşü udub. Mixail Qoqitidze isə yeddinci dəfə məğlub olub.

Tarix: 26 Sentyabr [13:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio