"Mançester Siti" "Benfika"nın futbolçusunu transfer etdi

01:23 - 27 Sentyabr 2020

"Mançester Siti" Benfika"nın mərkəz müdafiəçisi Ruben Diaşın transferini tamamlayıb.

 

Sportal.az "A Bola"ya istinadla xəbər verir ki, "şəhərlilər" bu keçid üçün 55 milyon avro təzminat ödəməyi qəbul edib. Mançester təmsilçisi müdafiəçisi Nikolas Otamendini də Lissabon təmsilçisinə verəcək. 23 yaşlı futbolçu ilə 5 illik razılıq əldə edilib.

 

Portuqaliya millisinin üzvü "Benfika"nın yetirməsidir. O, ötən mövsüm keçirdiyi 47 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə edib.

Xəbər xətti