3 qat Azərbaycan çempionu şəhid oldu

18:18 - 30 Sentyabr 2020

Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərdə şəhid idmançımız var. 

 

Sportal.az xəbər verir ki, yüngül atletikada kross qaçışı üzrə 3 qat ölkə çempionu, Avropa Olimpiya təsnifat yarışlarının iştirakçısı, yeniyetmələr arasında Respublika Birinciliyinin qalibi Qeybiyev Arif şiddətli döyüşlərdə qəhərmancasına şəhid olub.

 

Azərbaycan Atletika Federasiyası başsağlığı mesajı yazıb.

 

Şəhidimiz doğulduğu - Astara rayon Ərçivan qəsəbəsində dəfn olunub.

Xəbər xətti