Marafon İdman Klubu Silahlı Qüvvələrə dəstək olub

Marafon İdman Klubu Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayırıb. 

 

Sportal.az xəbər verir ki, Marafon İdman Klubu Azərbaycan Silahlı Qüvvələrinə dəstək nümayiş etdirərək 1000 (min manat) məbləğində yardım edib.

 

Məqsəd düşmənin hərbi təxribatının qarşısının alınması, ölkəmizin ərazi bütövlüyünün, eyni zamanda mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri əks-həmlə tədbirlərinin həyata keçirilməsinə dəstək göstərməkdir. Marafon İdman Klubundan bildirilib ki, Silahlı Qüvvələrə dəstək həm də birlik, bərabərlik dəstəyidir. Klub 2015-ci ildən müxtəlif idman növləri üzrə fəaliyyət göstərir. Klub ordumuza uğurlar arzu edir!

 

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

Tarix: 16 Oktyabr [01:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
1 Dekabr 2020
30  Noyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio