"Sumqayıt"da ciddi itki: Milli üzvünün xidmətindən məhrum oldu

00:17 - 19 Oktyabr 2020

Azərbaycan Premyer Liqasının VII turunda səfərdə "Sabah"ın qonağı olacaq "Sumqayıt" bu matçda ciddi itki ilə çıxacaq.


Sportal.az xəbər verir ki, "kimyaçılar"da millimizin üzvü Vüqar Mustafayev bu qarşılaşmada iştirak etməyəcək. Buna səbəb futbolçunun çempionatın VI turunda "Zirə"ylə matçda sarı vərəqə alaraq vərəqə limitini doldurması və cəzalı duruma düşməsidir.

Qeyd edək ki, "Sabah" - "Sumqayıt" matçı 25 oktyabrda keçiriləcək.
 

Xəbər xətti