"Barselona" 4 futbolçu ilə müqavilə yenilədi

"Barselona" 4 futbolçusu ilə müqaviləni yeniləyib.

Sportal.az xəbər verir ki, bunlar qapıçı Mark-Andre ter Ştegen, müdafiəçilər Jerar Pike ilə Kleman Lanqle və yarımmüdafiəçi Frenki de Yonqdu. Məlumatı klubun saytı yayıb.

Pike ilə 30 iyun 2024-cü, Ter Ştegenlə isə 30 iyun 2025-ci ilədək sözləşmə imzalanıb. Hər iki futbolçunun təzminat haqqı 500 milyon avro qiymətləndirilib.

De Yonq və Lanqlenin müqaviləsi isə 30 iyun 2026-cı ilədək uzadılıb. De Yonqun təzminat qiyməti 400 milyon, Lanqlenin isə 300 milyon avrodu.

Tarix: 21 Oktyabr [14:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
4 Dekabr 2020
3  Dekabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio