Abdullayev kənarda qaldı

13:16 - 22 Oktyabr 2020

Türkiyə I Liqasında VI turun oyunları keçirilib. 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Araz Abdullayevin formasını geyindiyi “Boluspor” səfərdə “Balıkəsirspor”la heç-heçə edib – 0:0.

Araz bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

6 turdan sonra hesabında 2 xal olan “Boluspor” 18 komanda arasında 17-cidi.

Xəbər xətti