Ronaldo "Barselona"ya qarşı oynamayacaq

23:40 - 22 Oktyabr 2020

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo koronavirusdan sağalmayıb.

Sportal.az xəbər verir ki, portuqaliyalı hücumçunun növbəti testi müsbət nəticələnib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Bu səbəbdən ulduz futbolçunun Çempionlar Liqasında "Barselona"ya qarşı II tur oynunu buraxacağı bildirilir.

Ronaldo oktyabrın 13-də koronavirusa yoluxub.

Xəbər xətti