Millimizin yarımmüdafiəçisi zədələndi

00:24 - 26 Oktyabr 2020

“Zirə” ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, paytaxt klubunun futbolçusu Elvin Camalov Azərbaycan Premyer Liqasının 7-ci turunda “Qarabağ”la matçda zədələnib. Yarımmüdafiəçi oyuna davam edə bilməyib və əvəzlənib.
 


Qeyd edək ki, əzələsi dartılan Camalovun son durumu sabah tibbi müayinədən sonra məlum olacaq.

Xəbər xətti