"Mançester Yunayted" "Atalanta"nın futbolçusunu transfer etdi

“Mançester Yunayted” yeni transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, “qırmızı şeytanlar” “Atalanta”nın vingeri Amad Diallonu transfer edib. 18 yaşlı yarımmüdafiəçi ilə 4,5 illik müqavilə imzalanıb. Mançester təmsilçisi bu keçid üçün 21 milyon avro təzminat ödəyib.

 

Kot-d-ivuarlı futbolçu bu mövsüm “Atalanta”nın heyətində 2 oyun keçirib.

Tarix: 8 Yanvar [17:02]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Yanvar 2021
26  Yanvar 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio