"Real Sosyedad"ın hücumçusu "Vulverhempton"da

17:00 - 23 Yanvar 2021

İngiltərənin "Vulverhempton" klubu heyətini gücləndirib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, "canavarlar" İspaniyanın "Real Sosyedad" klubunun hücumçusu Villian Jozeni heyətinə qatıb. 29 yaşlı futbolçu mövsümün sonuna qədər Premyer Liqa təmsilçisində çıxış edəcək. "Vulverhempton" 20 milyon avro ödəyib, braziliyalı oyunçunun transfer hüququna yiyələnə bilər.

 

Joze bu mövsüm keçirdiyi 21 oyunda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Real Sosyedad" hücumçunu 2016-cı ildə Uruqvayın "Maldonado" klubundan 6 milyon avroya transfer edib.

Xəbər xətti