"Mançester Yunayted" hücumçusu ilə yollarını ayırdı

İngiltərənin “Mançester Yunayted” klubu hücumçusu Odion İqalo ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı oyunçunun başa çatan icarə müqaviləsi uzadılmayıb. Nigeriyalı futbolçu müqavilə ilə məxsus olduğu Çinin “Şanxay Şenhua” klubuna qayıdıb.

 

İqalo 2020-ci ilin yanvarında “Mançester Yunayted”ə keçmişdi. O, "qırmızı şeytanlar"da keçirdiyi 23 oyunda 5 qol vurub, 1 məhsuldar ötürmə edib.

Tarix: 27 Yanvar [22:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Fevral 2021
27  Fevral 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio