Divizonun oyunu qara görə dayandırıldı

16:24 - 17 Fevral 2021

Azərbaycan I Divizionun 13-cü turunun “Turan Tovuz” – “Sumqayıt-2” qarşılaşması 51-ci dəqiqədə güclü qar səbəbindən dayandırılıb.

 

Sportal.az xəbər verir ki, bu zaman hesab 0:0 olub. 

 

Peşəkar Futbol Liqası rəsmi saytı vasitəsi ilə elan edib ki, oyunun davamı sabah saat 12:30-da keçiriləcək.

Xəbər xətti