İtaliya futbolunda rəhbər dəyişmədi

22:48 - 22 Fevral 2021

İtaliya Futbol Federasiyasında prezident seçkisi keçirilib.

 

Sportal.az xəbər verir ki, Qabriele Qravina yenidən prezident seçilib. 73,5 faiz səs toplayan qurum rəhbəri rəqibi Kozimo Sibilianı qabaqlayıb.

 

64 yaşlı Qravina ilk dəfə 2018-ci ildə İtaliya Futbol Federasiyasının prezidenti seçilib.

Xəbər xətti