Qriqorçuk "Şaxtyor"a kubok qazandırdı

15:24 - 3 Mart 2021

Belarus super kubokunun qalibi məlum olub.

 

Sportal.az xəbər verir ki, həlledici matçda “Şaxtyor” (Soliqorsk) ilə BATE qarşılaşıb. Oyunun əsas vaxtında hesab açılmayıb. Penalti vuruşlarında daha dəqiq olan “Şaxtyor” titulu qazanıb.

 

Soliqorsk təmsilçisi klub tarixində ilk dəfə bu turnirin qalibi olub.

 

“Şaxtyor”u “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçuk çalışdırır.

Xəbər xətti