Ronaldodan tarixi rekordlar

21:41 - 15 İyun 2021

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo yeni rekordlara imza atıb.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı futbolçu buna Avropa çempionatının qrup mərhələsində Macarıstana qarşı oynamaqla nail olub.

 

Ronaldo 5-ci dəfə Avropa çempionatında oynamaqla rekord müəyyənləşdirib. O, bundan əvvəl 2004, 2008, 2012 və 2016-cı illərdə keçirilmiş qitə çempionatlarında oynayıb. Təcrübəli futbolçu bunu bacaran ilk futbolçudur.

 

Bundan əlavə, ulduz futbolçu oynadığ bütün Avropa çempionatlarda qol vurmağa bacarıb və bu göstəricidə ilkə imza atıb.

 

Ronaldo bu qarşılaşmada dubl edərək, Avropa çempionatlarında qol sayını 11-ə çatdırıb. O, daha öncə 9 qolla Mişel Platini ilə ilk pilləni bölüşürdü.

Xəbər xətti