"Arsenal" İtaliya millisinin üzvü ilə müqavilə imzalayacaq

19:18 - 30 Aprel 2024

"Arsenal" müqaviləsi mövsümün sonunda başa çatan Jorjinyo ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, London təmsilçisi İtaliya millisinin üzvünü komandada saxlamaq istəyir. Bu barədə "The Atletic" nəşri məlumat yayıb.

Premyer Liqa klubu 32 yaşlı yarımmüdafiəçiyə yeni sözləşmə təklif edəcək. Futbolçu özü də Londonda qalmağa isti yanaşır.

Qeyd edək ki, "Arsenal" Jorjinyonu 2023-cü ilin yanvarv ayında "Çelsi"dən transfer edib. Təcrüəbli orta xət oyunçusu bu mövsüm komandanın heyətində meydana çıxdığı 35 rəsmi matçda 1 qol və 2 məhsuldarv ötürmə ilə yadda qalıb.

Xəbər xətti