Rumınlar "Qarabağ"la qarşılaşmağı dəhşətli ssenari adlandırır

11:43 - 1 May 2024

Rumıniya mətbuatı Çempionlar Liqasında 2024/2025 mövsümünün təsnifat mərhələlərində FCSB-nin potensial rəqibləri haqda yazı dərc edib.

Sportal.az xəbər verir ki, "DigiSport" portalı "Qarabağ"ı da xüsusi qeyd ediblər.

Rumıniyalı həmkarlarımızın yazdığına görə, FCSB üçün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Azərbaycan çempionu ilə qarşılaşmaq dəhşətli ssenari olardı. Ona görə də, rumınlar püşkatmada "Qarabağ"ın çıxmamasını daha uğurlu hesab edirlər. 

Onlar üçün arzuolunmaz rəqiblər arasında həmçinin: “Ordabası” (1-ci mərhələ), “Slaviya”(Praqa) (3-cü mərhələ) və “Qalatasaray” da var(pley-off mərhələsi).

Xəbər xətti