"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq yaxın günlərdə İngiltərəni tərk edəcək.
Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, o, bu klubdan ayrılsa belə, işsiz qalmayacaq.
Məsələ burasındadır ki, Ten Haq Niderlanda qayıdacaq və sabiq komandası olan “Ayaks”la müqavilə imzalayacaq.
Amsterdam klubunun rəhbərliyi artıq onunla şifahi razılıq əldə edib. 54 yaşlı mütəxəssis 2017-2022-ci illərdə "Ayaks"ı çalışdırıb.
saytlarin hazirlanmasi