"Neftçi"nin yeni transferi - "Qarabağ"lının sabiq komanda yoldaşı, Portuqaliya millisinin üzvünün dostu

14:50 - 29 İyul 2021

"Neftçi"nin yeni transferi Huqo Baştu komandanın heyətində debüt etməsə də, onun üçün Azərbaycana adaptasiya olmaq çətin olmayacaq. Məsələ burasındadır ki, portuqaliyalı müdafiəçi üçün ölkəmizdə ona dost olacaq oyunçular var.

 

Ötən mövsüm "Eştoril"in heyətində Baştu ilə yanaşı hazırda “Neftçi”də çıxış edən Harramiz Soareş də çıxış edirdi. Praya təmsilçisinin 2021/2022 mövsümündə Primeroya vəsiqə qaanmasında pay sahibləri olan futbolçular indi də “ağ-qaralar”ın uğurları üçün tərk tökəcək.

 
Huqonun Azərbaycanda tanıdığı digər futbolçu isə “Neftçi”nin çempionluq uğrunda əsas rəqibi olan “Qarabağ”da oynayır. Müdafiəçi vaxtilə “Çaveş”də Kevin Medina ilə komanda yoldaşı olub. Amma onların birlikdə oynaması çox da çəkməyib. Əslində Huqonun “Eştoril”də komanda yoldaşı olmuş daha bir futbolçu Azərbaycanda çıxış etməyə yaxın olsa da, Abdul-Azizin “Qarabağ”a keçidi son anda baş tutmamışdı. İstənilən halda Baştunun Portuqaliyadan tanıdığı 2 futbolçu Azərbaycanda oynayır və bu mənada onun üçün adaptasiya problemi olmayacağını ehtimal etmək çətin deyil.

 

“Flaqman”ın yeni transferi karyerası ərzində futbol azarkeşlərinə tanış olan simaları ilə də çiyin-çiyinə oynayıb. Ötən mövsüm "Lill"in heyətində Fransa çempionluğunu qazanan Şeka Huqo ilə “Braqa”nın ikinci komandasında dostlaşıb. 2013/2014 mövsümündə “Neftçi”linin komanda yoldaşı olduğu tək tanınmış Şeka deyildi. Belə ki, hazırda Portuqaliya millisinin və “Benfika”nın aparıcı üzvü hesab edilən Rafa Silva da Huqonu yaxşı tanıyır. 

 

Bir ara Türkiyə millisinin qapıçısı olmuş Sinan Bolat isə Baştu ilə “Aruka”da tanış olub. “Qalatasaray”ın müdafiəçisi Markao isə Huqo ilə 2018/2019 mövsümündə müdafiədə tandem təşkil edib. 

Xəbər xətti