"Barselona"nın prezidentindən Messi barədə açıqlama

"Barselona"nın prezidenti Xuan Laporta Lionel Messinin komandadakı gələcəyi ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbəri bunları deyib:

 

"İşlər yaxşı gedir, amma bəzi problemlər çözülməyib. Hamımız Messinin La Liqada qalmasını istəyirik. O da burada qalmaq istəyir. İmkan daxilində hər şeyi etməyə çalışacağıq. Çünki Messi "Barselona"da qalmaq fikrindədir".

 

İspaniya mətbuatının məlumatına əsasən, katalonlar 34 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalayacaq.

 

Argentinalı ulduzun "Barselona" ilə müqaviləsi 30 iyun tarixində bitib.

Tarix: 3 Avqust [00:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23  Sentyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio