Polşalı azarkeş Mahirə sevgisini Azərbaycan dilində göstərdi - FOTO

12:07 - 23 Sentyabr 2021

Mahir Emrelinin şərəfini qoruduğu "Legiya" Polşa kubokunda 1/32 final mərhələsinin oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, səfərdə aşağı liqa təmsilçisi "Suvalki"yə 3:1 hesabı ilə qalib gələn Varşava təmsilçisi növbəti mərhələyə yüksəlib.

 

Mahir 56-cı dəqiqədə meydana daxil olub. O, 80-ci dəqiqədə komandasının sonuncu qolunu vurub.

 

Bu görüşdə polşalı xanım azarkeş Mahir Emreliyə olan sevgisini Azərbaycan dilində yazılmış şüarla göstərib. O, "Səni sevirəm Emreli" yazılmış plakatı tribunadan nümayiş etdirib. Mahir matç başa çatdıqdan sonra həmin azarkeşə yaxınlaşaraq imza verib.

 

Resim

Resim

Xəbər xətti