"Napoli"nin hücumçusu 3 ay oynamayacaq

“Napoli”nin hücumçusu Viktor Osimhen əməliyyat olunub.

 

Sportal.az xəbər verir ki, üz sümüklərinin çoxsaylı sınığı səbəbindən əməliyyata məruz qalan futbolçunun hazırda özünü yaxşı hiss etdiyi bildirilir. Lakin nigeriyalı hücumçu daha bir neçə gün həkim nəzarət altında qalacaq.

 

Osimhen A Seriyasının 13-cü turu çərçivəsində “İnter”ə 2:3 hesabı ilə uduzduqları oyunda rəqib komandanın müdafiəçisi Milan Skriniarla toqquşma nəticəsində zədələnib. 23 yaşlı forvardın bu üzdən təqribən 3 ay yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur.

Tarix: 23 Noyabr [23:37]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 Yanvar 2022
28  Yanvar 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio