Samir Abasov: "Baş məşqçiyə təzyiq var və onu söyürlər"

"Kiminsə üstünə günah atmaq fikrimiz yoxdur. Çox oyunçularla yaxınlığınız var. Aramızda olan münasibətləri də soruşa bilərsiniz. Mən bəhanə tapıb bəraət qazanmaq istəmirəm. Cavan futbolçularımız var. Onlar da belə oyunlarda səhv edəcəklər. Mən də vaxtı ilə belə səhvlər etmişəm".

 

Sportal.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XII tur oyunundan sonra mətbuat konfransında deyib.

 

43 yaşlı mütəxəssis futbolçulara ondan başqa heç kimin söz deməməsini istəyib: "Vüsal bu gün qol vurub. Sevincliyik. Onun etmədiyi şeyləri də deməliyik. Əsas odur ki, oyunçu nəticə çıxartsın. Bu gün baş məşqçiyə təzyiq var və onu söyürlər".

 

Abasov Mamadu Mbocun oyunu haqqında danışıb: "Futbolçunun Kamran Ağayevlə məsələsindən xəbərim yoxdur. Mbocun özünün iki barmağı sınıb və xəstəxanaya gedib. "Keşlə"yə uduzanda Mboc oynamırdı, amma uduzduq. Ona görə məğlub oluruq deyə bilmərəm. Yer göy dağılsın, mən kimi lazım bilsəm, onu da oynadacağam. Güya mən postumdan getsəm, nə olacaq? Göndərmələri normal bir şeydir. Niyə Samir getməlidir? Getsə, hər şey düzələcəkmi? Bu şayələri çıxaranlar var. Bundan heç vaxt narahat olmamışam, siz də narahat olmayın".

 

Baş məşqçi ötən mövsüm çempionluqlarının təsadüf olmadığını sözlərinə əlavə edib: "Heç vaxt bununla razı olmaram. Rəqiblərin zəif olması mənim problemim deyil. Mən həmin vaxt güclü idim. Kiminsə hansı oyunda zəif oynaması da mənim problemim deyil, həmin matçda güclü oynamışdıq. Hər şey yaxşı olacaq. Mənim haqqımda yazan rəhbər şəxs klubda qalmağımı daha çox istəyən və mənə dəstək olan adamdır. Sağ olsun. Hazırda vəziyyət elədir ki, nöqtə transfer etməlisən. Ötən mövsümkü çıxışına görə, hamı Sezar Meza Kolli və Xəyal Nəcəfovu komandaya götürərdi. Onların zəif oynaması o demək deyil ki, üstlərindən xətt çəkilib. Durumdan özləri çıxa bilərlər. Anlayışla yanaşmağınızı istəyirəm. Bəzən deyillər ki, kimsə niyə oynamır. Amma digər komandalar haqqında danışmırlar. Futbolçulara bizdən də çox pul verən klublar var, amma adlarını çəkmirlər. Vüsal Əsgərov Mamadu Kanenin mövqeyində baş çıxarda bilməz. İrəli xəttdə istədiyini bəlkə də edə bilər. Hər oyunçuya vaxt lazımdır".

Tarix: 27 Noyabr [20:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 Yanvar 2022
28  Yanvar 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio