"Real"a getməkdənsə, ölməyi seçərəm"

19:06 - 1 Dekabr 2021

"Barselona"nın müdafiəçisi Jerar Pike qatıldığı verilişdə maraqlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı müdafiəçi heç vaxt "Real"a keçməyəcəyini deyib. O, hətta ölməyi Madrid klubunda oynamaqdan üstün tutduğunu bildirib:

 

"Bu, qətiyyən mümkün deyil. Elə bir şey ola bilməz. "Real"a getməkdənsə, ölməyi seçərəm".

 

Qeyd edək ki, Pike "Barselona"nın yetirməsidir. Təcrübəli mərkəz müdafiəçisi 2008-ci ildən Kataloniya təmsilçisinin əsas komandasında oynayır.

Xəbər xətti