FİFA ilin qapıçısının adını açıqladı

23:12 - 17 Yanvar 2022

FİFA 2021-ci ilin ən yaxşı kişi qapıçısının adını açıqlayıb.

Sportal.az xəbər verir ki, "Çelsi"nin qolkiperi Eduar Mendi bu ada layiq görülüb.

O, səsvermədə PSJ-dən Canluici Donnarumma və "Bavariya"dan Manuel Noyeri qabaqlayıb.

​Xatırladaq ki, Mendil UEFA-dan da 2021-ci ilin ən yaxşı qapıçısı mükafatını qazanıb.

Xəbər xətti