Premyer Liqa klubu nigeriyalı vingerlə gücləndi

21:59 - 26 Yanvar 2022

İngiltərənin "Uotford" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın "Bordo" klubundan Samuel Kalunu rənglərinə bağlayıb. 24 yaşlı yarımmüdafiəçi ilə 2025-ci ilin yayına kimi müqavilə imzalanıb.

 

Qeyd edək ki, Samuel Kalu "Bordo"ya 2018-ci ilin yayında Belçikanın "Gent" klubundan keçib. Nigeriyalı vinger cari mövsümdə Liqa 1 klubunun heyətində meydana çıxdığı 12 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti