Mahirin komandası çempionatda son oyuna çıxır

14:50 - 21 May 2022

Bu gün Xorvatiya çempionatında 2021/2022 mövsümünə yekun vurulacaq.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geydiyi "Dinamo" I Liqanın 36-cı turu çərçivəsində doğma meydanda "Hayduk"u qəbul edəcək. Qarşılaşma Bakı vaxtilə saat 22:00-da start götürəcək.

 

Qeyd edək ki, 76 xal toplayan "Dinamo" 35-ci turda çempionluğu rəsmiləşdirib. "Hayduk" isə 72 xalla 2-ci yerdədir.

 

Xəbər xətti