"Premyer Liqaya yeni qayıtdığımızı hiss etdirmərik"

14:27 - 22 İyun 2022

"Kəpəz"ə keçmək variantım da var idi. Sadəcə onlarla razılığa gələ bilmədik. "Turan Tovuz"un fikri isə qəti oldu. Ona görə də buranı seçdim. Ayxan Abbasovu da hamımız tanıyırıq, onunla görüşümüz oldu, söhbət etdik. Sonda da "Turan Tovuz"u seçdim".

Bu sözləri Sportal.az saytına açıqlamasında Tərlan Quliyev deyib.

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Turan Tovuz"da oynayacaq Quliyev komandasının iddasından da söz açıb:

"Bu klub illərdir ki, çempionatımızda iştirak edib, liqaya rəng qatıb. Azərbaycan futbolu üçün də yaxşı futbolçular yetişdirib. Yaxşı olacağına ümid edirəm. Uzun illərdən sonra Premyer Liqaya qayıdır komanda. Çempionatın gedişində komandanın liqaya yenidən qayıtmasını hiss etdirmərik. Döyüşmək, vuruşmaq lazımdı. Məqsədimiz təbii ki, bütün oyunlarda yaxşı mübarizə aparıb, uğurlu nəticələr qazanmaq olacaq. Özümüz özümüzə məqsəd qoymaq istəyirik ki, avrokuboklara vəsiqə qazanaq. Necə alınacağını isə göstərəcək".

Xəbər xətti