“Qarabağ”dan ayrılan Patrik Andrade klubla vidalaşıb.
Sportal.az xəbər verir ki, instaqram hesabında afrikalı futbolçu bunları yazıb:
“Qarabağ”dakı komanda yoldaşlarıma, klub rəsmilərinə və azarkeşlərə təşəkkürümü bildirərəm. Onlar geridə qalan iki ildə mənə çox dəstək oldular. Orada xoşbəxt anlar yaşamışam. Özümü inkişaf etdirmişəm orada. “Qarabağ”a ailəsinə təşəkkürlər edirəm. “Qarabağ”a dəstək olmağa davam edəcəm”.