"Sumqayıt" sabah başlayır

14:20 - 26 İyun 2022

"Sumqayıt" sabahdan etibarən yeni mövsümün hazırlığına start verəcək.

 

Sportal.az xəbər verir ki, Aleksey Baqanın rəhbərlik etdiyi kollektiv toplanışın ilk hissəsini doğma şəhərdə keçəcək. İyulun 15-dək davam edəcək hazırlıq çərçivəsində "kimyaçılar" bir yoxlama oyunu keçirəcək.

 

"Sumqayıt" təlim-məşq toplanışının ikinci hissəsini ölkə xaricində həyata keçirəcək. Komanda 16 iyul tarixində iki həftəlik hazırlıq psosesi üçün Türkiyənin Bolu şəhərinə yola düşəcək.

Xəbər xətti