Teymur Rəcəbov bu dəfə qalib gəldi

22:38 - 27 İyun 2022

Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.

Sportal.az xəbər verir ki, azərbaycanlı şahmatçı 9-cu turda ağ fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşıb. O, rəqibinə 41-ci gedişdə qalib gəlib.

Doqquz turdan sonra Rəcəbovun 4 xalı var. 

Xəbər xətti