Messi "Barselona"ya qayıda bilər

14:21 - 25 İyul 2022

PSJ-nin hücumçusu Lionel Messi yenidən "Barselona"da oynaya bilər.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi argentinalı ulduzun Paris klubu ilə müqaviləsi başa çatdıqdan sonra komandaya qayıtmasını istəyir.

 

42 yaşlı mütəxəssis bu barədə "Barselona"nın prezidenti Xoan Laporta ilə də danışıb. Xavi Messinin həm oyunu ilə komandaya kömək edəcəyini, həm də maddi cəhətdən kluba qatqı verə biləcəyini düşünür.

 

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin yayında PSJ ilə 2 illik müqavilə imzalayıb.

Xəbər xətti