"Mançester Siti"dən "Barselona"ya

14:03 - 4 Oktyabr 2022

"Mançester Siti" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq İlkay Gündoğan İspaniyaya yollana bilər.

Sportal.az "The Times"a istinadən xəbər verir ki, "Barselona" rəsmiləri almaniyalı futbolçunu heyətinə qatmaq barədə düşünür.

Kataloniya təmsilçisi 31 yaşlı yarımmüdafiəçini azad agent statusu ilə heyətinə qatmaq istəyir.

Gündoğan 2016-cı ilin yayında "Borussiya"dan (Dortmund) Mançester klubuna keçib.

Onun İngiltərədə qalmayacağı gözlənilir.

Xəbər xətti