PSJ-də Messi şoku

18:30 - 7 Oktyabr 2022

Fransanın PSJ klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Paris təmsilçisinin ulduz futbolçusu Lionel Messi zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Argentinalı hücumçu Çempionlar Liqası qrup mərhələsinin üçüncü turunun "Benfika" ilə matçında (1:1) zədələnib. 35 yaşlı futbolçu Fransa çempionatının 10-cu turunun "Reyms"lə matçını buraxacaq.

 

Qeyd edək ki, "Reyms" - PSJ qarşılaşması 8 oktyabr tarixində, Bakı vaxtilə saat 23:00-da baş tutacaq.

Xəbər xətti