Mbappe ayrılıq iddiaları haqda danışdı

16:53 - 17 Oktyabr 2022

Kilian Mbappe PSJ-dən ayrılacağı ilə bağlı xəbərlər haqda danışıb.

 

Sportal.az xəbər verir ki, "Marsel"lə matçdan (1:0) sonra açıqlama verən 24 yaşlı forvard Parisdə xoşbəxt olduğunu bildirib:

 

"Burda xoşbəxtəm. Yanvarda ayrılacağımla bağlı çıxan xəbərlər yalandır. Bu iddiaları görən də mən də şok oldum. Qışda PSJ-dən ayrılmaq üçün müraciət etməmişəm. Kluba qarşı qəzəbli deyiləm, bu, doğru deyil".

 

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi 2025-ci ilin yayına kimidir. Fransalı futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 14 matçda 12 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Xəbər xətti