"Ayaz Quliyev kimi keyfiyyətli və təcrübəli futbolçunun Azərbaycan millisində oynaması sevindiricidir"

Azərbaycan millisinin veteran futbolçusu Deni Qaysumov Sportal.az saytına açıqlama verib.

Rusiyada yaşayan yığmamızın keçmiş müdafiəçisi "Ximki"nin üzvü Ayaz Quliyevin Azərbaycan millisində oynaya biləcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

Onun fikrincə, Ayaz millimizə xeyir verə biləcək:

"Ayaz Quliyevə Azərbaycan pasportunun verilməsi barədə xəbərləri görmüşəm. O, təcrübəli futbolçudur. Rusiya Premyer Liqasında oynayır. Məlum məsələdir ki, Azərbaycan millisini gücləndirəcək. O, bir neçə il bundan əvvəl millidə oynamalı idi. Görünür ki, Ayaz Rusiya millisindən dəvət gözləyirmiş. Hər halda, onun kimi keyfiyyətli və təcrübəli futbolçunun Azərbaycan millisində oynaması sevindiricidir".

Xatırladaq ki, Rusiya mətbuatı "Ximki"nin üzvü Ayaz Quliyevə Azərbaycan pasportu verildiyini və "Neftçi"yə keçə biləcəyi haqda yazıblar.

Mirbağırağa

Tarix: 2 Dekabr [13:18]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 Fevral 2023
1  Fevral 2017
© 2012 - 2023 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio