"Sabah" Rusiya klubunun futbolçusu ilə maraqlanır

14:41 - 1 Fevral 2023

"Sabah" "Ximki"nin qolkiperi ilə maraqlanır.

Sportal.az saytına verilən məlumata görə, Masazır təmsilçisi Rusiya Premyer Liqasında yarışan klubun qapıçısı Vitali Qudiyevi yaxından izləyir.

"Ximki" ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq qapıçının Azərbaycana gəlib-gəlməyəcəyi yayda dəqiqləşəcək. 27 yaşlı qolkiperin xidmətində maraqlı olan yeganə Azərbaycan klubu "Sabah" deyil. 

"Alaniya" yetirməsi olan Vitali “Ximki”yə gələnə qədər “Axmat”ın qapısını qoruyub. 

Xəbər xətti