"Qarabağ" bu millinin futbolçusu üçün rəsmi təklif göndərdi

17:15 - 2 Fevral 2023

Qış fasiləsində Adama Diakabi, Redon Cica və Yassin Benzia ilə müqavilə imzalayan "Qarabağ"ın növbəti transfer hədəfi məlum olub.

 

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu Telmu Arkanju ilə təmasa keçib.

 

"Köhlən atlılar" Kapo-Verde yığmasının yarımmüdafiəçisini heyətinə qatmaq üçün ilk addımı da aıtb. Ağdam təmsilçisi bu məqsədlə "Tondela"ya rəsmi təklif göndərib.

 

"Qarabağ" afrikalı hücumameylli oyunçuya 4 illik müqavilə təklif edib.

 

"Belenseneş"in yetirməsi 2019-cu ildən "Tondela"nın formasını geyinir və meydana çıxdığı 26 matçda hələ qol vurmayıb.

Xəbər xətti