"Mançester Siti" ÇL-də rekorda imza atdı

11:38 - 12 Aprel 2023

"Mançester Siti"nin Çempionlar Liqasında rekorda imza atıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “şəhərlilər” mötəbər turnirdə İngiltərə klubları arasında ən uzunmüddətli evdə məğlubiyyətsizlik seriyasına sahib çıxıb.

Xosep Qvardiolanın rəhbərlik etdiyi kollektiv ÇL-in 1/4 final mərhələsinin ilk oyununda "Bavariya"nı (3:0) məğlub etməyi bacarıb.

Bu qələbədən sonra mançesterlilərin evdəki məğlubiyyətsiz seriyası 25-ə çıxıb. 

Xəbər xətti