Lempard: "Stemford Bridc"də geridönüş edə bilərik"

12:18 - 13 Aprel 2023

"Çelsi" Çempionlar Liqası 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Real"a 0:2 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra London təmsilçisinin baş məşqçisi Frenk Lempard açıqlama verib. O, cavab görüşündə geridönüş edə biləcəklərini deyib:

"10 nəfərlə qaldıqdan sonra etdiklərimizə görə gürur duyuram. Komandada bir az özünəinam problemi var. Futbolçular nə qədər yaxşı və keyfiyyətli olduqlarını dərk etməlidir. "Real" mükəmməl komandadır. Amma "Stemford Bridc"də geridönüş edə bilərik".

Qeyd edək ki, "Çelsi" ilə "Real" arasında cavab matçı 19 aprel tarixində Londonun "Stemford Bridc" stadionunda baş tutacaq.

Xəbər xətti