Avropa Liqası: "Mançester Yunayted" "Sevilya"ya, "Yuventus" "Sportinq"ə qarşı

10:23 - 20 Aprel 2023

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin cavab görüşləri oynanılacaq. 

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" "Sevilya"nın qonağı olacaq. Turnirin favoritlərindən olan "Yuventus" isə "Sportinq"lə qarşılaşacaq. 

Avropa Liqası

1/4 final mərhələsi, cavab oyunları

20 aprel

23:00. "Sevilya" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
İlk oyun - 2:2

23:00. "Sportinq" (Portuqaliya) - "Yuventus" (İtaliya)
İlk oyun - 0:1

23:00. "Union" (Belçika) - "Bayer" (Leverkuzen, Almaniya)
İlk oyun - 1:1

23:00. "Roma" (İtaliya) - "Feyenoord" (Niderland)
İlk oyun - 0:1

Xəbər xətti